BİZNES

08 İyul

Niyə mənzil alanların hamısının nəticələri ləğv edildi?

“Güzəştli mənzil sisteminin tətbiqində əsas məqsəd güzəştli mənzil əldə etmək üçün bərabər şəraitin yaradılmasıdır”. 

“Fins.az” xəbər verir ki, bunu Mənzil İnşaatı Dövlət Agentliyində Aparat rəhbəri Fərman Qurbanlı bildirib. 

“Bir sıra şəxslər qabaqcadan əlbir olaraq qrup şəklində və ya ayrı-ayrılıqda onlara müraciət etmiş güzəştli mənzil sisteminin istifadəçilərinin qeyri-qanuni yollarla, daha sürətli şəkildə mənzil əldə etmələri üçün proqram təminatları hazırlayıblar. Onlar bu proqram təminatını 30 mart tarixində sistemə tətbiq etməklə digər vətəndaşların mənzil seçimi imkanını məhdudlaşdırıb və eyni zamanda dövlət orqanlarının fəaliyyətinə maneçilik törədiblər”, - deyə Fərman Qurbanlı bildirib. 

 

O vurğulayıb ki, 30 mart tarixində mənzili özü seçmiş şəxslərdən öncə mənzil seçiminə gəlib çatmış və mənzil seçimi etmək istəyən şəxslərin seçimi məhdudlaşdırılıb: “Satışa çıxarılmış mənzillərin 60 %-dən çoxu müdaxilə nəticəsində qeyri-qanuni yolla seçilib. Ona görə də bərabərlik pozulduğu üçün bütün seçimlər ləğv edilib”.