Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevin Gürcüstana səfəri çərçivəsində bu ölkənin Baş naziri İrakli Qaribaşvili ilə görüşüb.
Fins. az xəbər verir ki, bu barədə Rəşad Nəbiyev “Twitter“ hesabında yazıb.
O bildirib ki, görüşdə “Orta Dəhliz” vasitəsilə yükdaşımalara artan tələbin optimal şəkildə qarşılanması və dəhlizə əlavə yük axınının cəlb edilməsi məsələlərinə dair fikir mübadiləsi aparılıb.
Tərəflər həmçinin Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin uğurla fəaliyyət göstərdiyi vurğulayıblar.