Hər iki ölkədən 15 məhsulun heç bir rüsum olmadan ixracı nəzərdə tutulur.
"Fins.az" xəbər verir ki, bunu Azərbaycan-Türkiyə əməkdaşlığına həsr olunan xüsusi sessiyada çıxış edərkən Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) rəhbəri Yusif Abdullayev deyib.
Onun sözlərinə görə, iki ölkə başçılarının tapşırıqları var ki, 2023-ci ildə biz ticarət əlaqələrimizi daha da yüksək məqam olaraq səviyyəyə çatdıraq. Ölkələr arasında artıq fəaliyyətə olan preferensial ticarət sazişi bu anlamda çox önəmli mexanizmdir. Bu saziş çərçivəsində hər iki ölkədən 15 məhsulun heç bir rüsum olmadan ixracı nəzərdə tutulur.
Fikirlərinin davamında məhsul çeşidlərinin artırılmasına da toxuBiz istərdik ki, bu siyahı artsın, məhsulların çeşidi daha da genişləndirilsin",- deyə Yusif Abdullayev qeyd edib.