BİZNES

02 İyul

Pandemiya zamanı ənənəvi tibbi vasitələrin satışı artıb

“The Economist” yazır ki, Çində COVID-19 pandemiyası zamanı müxtəlif ənənəvi dərman vasitələrinin, otların və digərlərinin satışı xeyli artıb.

Bu cür dərmanların əsas istehsalçısı olan “Yiling Pharmaceutical”ın satışları 2021-ci ildə pandemiyadan əvvəlki 2019-cu ilə nisbətən iki dəfə artaraq 10 milyard yuanı (1,6 milyard dollar) ötüb. Digər vasitələrlə yanaşı, şirkət COVID-19-un müalicəsində də istifadə edilən qrip dərmanı olan “Lianhua Qingwen” istehsal edir.