BİZNES

01 İyul

“Bravo Supermarket”in əsas səhmdarı dəyişdi

“Azərbaycan Supermarket” MMC-nin (“Bravo” Supermarketlər şəbəkəsi) əsas təsisçisi payını digər şirkətə satıb.

Məlumata görə, MMC-nin əsas təsisçisi olan Mircəlal Paşayev 50%-lik payını “Fly Group” MMC-yə ötürüb.

Bununla da səhmlərin 50%-i “Fly Group” MMC-yə, 25%-i “İdeal Biznes Ko.” MMC və digər 25%-i isə “Yevro Standard” MMC-nin olub.

Qeyd edək ki, “Bravo” Supermarketlər şəbəkəsinin yeni səhmdarı “Fly Group” MMC 2021-ci ilin 1 dekabrında dövlət qeydiyyatına alınıb. Şirkətin nizamnamə kapitalı 100 manat, direktoru isə Rüfət Abdullayevdir.

(C)APA