BİZNES

01 İyul

Bakıda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 8,1% artıb

2022-ci ilin yanvar-may aylarında əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 8,1 faiz artaraq 2156,5 milyon manat olub.

"Fins.az" xəbər verir ki,bu barədə məlumataı Bakı Statistika idarəsi yayımlayıb.

Məlumata görə, hüquqi şəxslər tərəfindən əhaliyə 1762,9 milyon manatlıq xidmət göstərilmişdir ki, bu da xidmətlərin ümumi dəyərinin 81,8 faizini təşkil edib.