BİZNES

01 İyul

"Bir Pəncərə" Mərkəzi vasitəsilə qeyri-neft ixracı iyunda 27% azalıb

Bu ilin yanvar-iyun ayları ərzində "Bir Pəncərə" İxraca Dəstək Mərkəzi tərəfindən 126,9 mln. ABŞ dolları dəyərində qeyri-neft ixracı həyata keçirilib.

"Fins.az" xəbər verir ki,  İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin göstəriciləri əsasında apardığı hesablamalarına görə, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 25,2 mln. dollar və ya 24,8% artıb.

Bu ilin may ayı ilə müqayisədə isə iyunda ixracın dəyəri 7,4 mln. dollar və ya 27% azalaraq 20 mln. dollar təşkil edib.