BİZNES

01 İyul

Azərbaycanın peyk xidmətləri üzrə ixracı azalıb

Bu ilin yanvar-may aylarında “Azərkosmos” tərəfindən dünyanın 33 ölkəsinə 10,8 milyon ABŞ dolları dəyərində xidmət (peyk telekommunikasiya xidmətləri və optik peyk xidmətləri) ixrac edilib.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən "Fins.az"a verilən məlumata görə, bu, ötən ilin müvafiq dövrünün göstəricisindən 36,1% azdır.

“Azərkosmos”un xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 87%-ni təşkil edib. 2022-ci ilin may ayında isə “Azərkosmos” dünyanın 31 ölkəsinə 2,3 milyon ABŞ dolları dəyərində xidmət ixrac edib.