Dövlət Vergi Xidmətinin sistemində bulud əsaslı elektron imzanın tətbiqi nəzərdə tutulur.
"Fins.az"söhbət "AzInTelecom" MMC tərəfindən dövlət-özəl tərəfdaşlığı çərçivəsində hazırladığı SİMA adlı yeni nəsil rəqəmsal imzanın tətbiqindən gedir.
Vergi sistemində SİMA-nın tətbiqi 2023-cü ildən nəzərdə tutulur.
Qeyd edək ki, bulud texnologiyası əsasında SİMA adlı e-imza vətəndaşlar üçün pulsuzdur.
Onun üstünlüyü məlumatların daim istifadəçinin yanında olması və rəqəmsal imza daşıyıcısına (USB daşıyıcı və ya Sim-kart) ehtiyacın olmamasıdır.