Moskva hökuməti 2022-ci ildə Azərbaycanda beynəlxalq ixtisaslaşmış sərgidə iştirak üçün ixracatçı şirkətlərdən ərizələr qəbul edir.
Moskvanın Sahibkarlıq və İnnovativ İnkişaf Departamentinin mətbuat xidmətinin məlumatına görə, ixracatçılar öz məhsullarını “Made in Moscow” brendi ilə təqdim edəcəklər.
Təşkilat xərclərini Moskva İxrac Mərkəzi öz üzərinə götürəcək.
“Beynəlxalq sərgilərdə iştirak Moskva sahibkarları üçün öz mallarının tanınması, yeni alıcılar və işgüzar tərəfdaşları axtarışı üçün səmərəli alətdir. Payızda müxtəif ölkələrdə 4 ixtisaslaşmış tədbirin kçeirilməsi planlaşdırılır”, - Moskva merinin müavini Natalya Serqunina bildirib.
O qeyd edib ki, kosmetika, elektronika, qida məhsulları, avadanlıq, tikinti materialları istehsalçıları proqrama qoşula bilərlər.
Xüsusilə, 19-21 oktyabr tarixlərində Bakıda keçiriləcək və tikinti təşkilatlarını birlə.dirəcək “BakuBuild” sərgisində iştirak üçün ərizələr qəbul olunur