BİZNES

22 İyun

Azərbaycanlı CEO-ların şirkətlərinin ödədiyi vergi məbləği ilə bağlı qərarı

Azərbaycanlı CEO-ların yalnız 23%-i şirkətlərinin ödədiyi vergi məbləğini minimuma endirmək məqsədi ilə təmamilə və ya nisbətən razılaşdıqlarını bildirir. 

"Fins.az" xəbər verir ki, bu  PwC-nin 25-ci qlobal illik CEO sorğusunun  Azərbaycan üzrə nəticələrində açıqlanıb. 

Məlumata görə,qlobal miqyasda CEO-ların 37%-i şirkətlərinin ödədiyi vergi məbləğini minimuma endirmək məqsədi ilə təmamilə və ya nisbətən razılaşdıqlarını bildirsələr də, Azərbaycanlı CEO-ların yalnız 23%-i, və Mərkəzi və Şərqi Avropa ölkələrində isə 28%-i eyni fikirdədir.

Bildirilir ki, Azərbaycanda CEO-ların 43%-i rəhbər olduqları şirkətlərin ödədiyi bütün vergiləri ictimaiyyətə effektiv şəkildə çatdırması ilə təmamilə və ya nisbətən razılaşır, halbuki qlobal səviyyədə bu göstərici 33%, MŞA regionunda isə 49%-ə bərabərdir.

Müəllif: Aynur Qəniyeva