BİZNES

22 İyun

Azərbaycanlı CEO-ların 50%–i ildə ən azı bir dəfə yeni layihələrə sərmayə qoyulmasına təşəbbüs göstərir

Azərbaycanlı CEO-ların 50%–i ildə ən azı bir dəfə yeni layihələrə sərmayə qoyulmasına təşəbbüs göstərir.

"Fins.az" xəbər verir ki, bu  PwC-nin 25-ci qlobal illik CEO sorğusunun  Azərbaycan üzrə nəticələrində açıqlanıb. 

Məlumata görə, Azərbaycanlı CEO-ların 44%–i ildə ən azı bir dəfə strateji prioritetlərini qiymətləndirir və əsas təşəbbüslərində dəyişiklik edir. Eyni zamanda Azərbaycanlı CEO-ların 13%- nin illik bonus/uzunmüddətli təşviq planında istixana qazı emissiyaların azalması, irqi və etnik müxtəlifliklə bağlı hədəfləri var.

Müəllif:Aynur Qəniyeva