BİZNES

22 İyun

Azərbaycanlı CEO-ların 79%-i növbəti 12 ay ərzində qlobal iqtisadi artımın yaxşılaşacağına inanır

Azərbaycanlı CEO-ların 79%-i növbəti 12 ay ərzində qlobal iqtisadi artımın yaxşılaşacağına inanır

"Fins.az" xəbər verir ki, bu  PwC-nin 25-ci qlobal illik CEO sorğusunun  Azərbaycan üzrə nəticələrində açıqlanıb. 

Məlumata görə, Azərbaycanlı CEO-lar gəlir artımını təmin etmək üçün diqqət yetirdikləri ölkələri yenidən balanslaşdırıblar. Türkiyə və Rusiya yenə də ilk iki yeri tutur, ABŞ isə keçən ilki 4-cü yerdən 3-cü yerə yüksəlib.

Qeyd olunub ki, Azərbaycanlı CEO-ların 62%-i həll etməli olduqları risklər arasında sağlamlıq risklərini əsas prioritet kimi qeyd edir və ikinci yerdə geosiyasi münaqişəni (48%) qeyd edirlər. Kiber risklər və makroiqtisadi dəyişkənlik hələ də əsas təhlükələr sırasındadır.

Müəllif:Aynur Qəniyeva