BİZNES

21 İyun

\"Marsol\" MMC-nin 5 illiyinə həsr olunmuş işgüzar ziyafət təşkil olunub

Məlumat verildiyi kimi, 16-18 iyun tarixlərində "Bakı Crystal Hall"da Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası, Dövlət Məşğulluq Agentliyi və "Marsol" MMC-nin birgə təşkilatçılığı ilə "Partners and Business" Baku 2022 - yerli şirkətlərin tanıtım sərgisi keçirilib. 

İyunun 20-də "Baku Marriott Hotel Boulevard"da sərgisinin yekunlarına və "Marsol" MMC-nin 5 illiyinə həsr olunmuş işgüzar ziyafət təşkil olunub. Tədbirdə dövlət qurumlarının nümayəndələri, 500-ə yaxın sahibkar iştirak edib.  

Tədbirdə dövlət qurumlarının nümayəndələri çıxış edib, bədii-əyləncəli proqram təşkil olunub və sərginin sponsor və tərəfdaşları mükafatlandırılıb.