BİZNES

20 İyun

Mikayıl Cabbarovdan Özbəkistanın Baş nazirinin müavini ilə görüşlə bağlı açıqlama

İqtisadiyyat naziri Mikayıl Cabbarov Özbəkistan Respublikasının Baş nazirinin müavini ilə görüşüb.

"Fins.az" xəbər verir ki, bunu İqtisadiyya Naziri Mikayıl Cabbarov rəsmi tvitter hesabında yazıb. 

O müəllifi olduğu tvitdə "Özbəkistan Respublikasının Baş nazirinin müavini, investisiyalar və xarici ticarət naziri Sardor Umurzakovla ölkələrimiz arasında iqtisadi əlaqələrin möhkəmləndirilməsi, sənaye, energetika,kəndtəsərrüfatı, investisiya və KOB sahəsində əməkdaşlığın inkişafı barədə faydalı müzakirələr apardıq,"-deyə bildirib.