BİZNES

17 İyun

Marsol rəhbəri: Məqsədimiz yerli şirkətlərin biznes münasibətlərinin genişləndirilməsidir

Məqsədimiz yerli şirkətlərin biznes münasibətlərinin daha da genişlənməsi və xarici bazarlara çıxışlarının asanlaşdırılmasıdır

Bunu "Fins.az"-a  açıqlamasında“Partners and Business Baku 2022”-nin təşkilatçılarından biri Marsol MMC-nin təsisçisi və direktoru Tural Mustafayev deyib. 

 O bildirib ki, iyunun 16-da “Baku Crystal Hall”da “Partners and Business Baku 2022” - yerli şirkətlərin tanıtım sərgi-konfransı öz işinə başlayıb. Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi, Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası və “Marsol” MMC-nin birgə təşkilatçılığı, “Kapital Bank”ın tərəfdaşlığı ilə reallaşır

Tural Mustafayevin sözlərinə görə Azərbaycan şirkətlərinin daha geniş tanıdılması, bazarlara çıxış imkanlarının genişləndirilməsi, biznes tərəfdaşlığının inkişaf etdirilməsi və yeni əməkdaşlıq əlaqələrinin qurulması məqsədi daşıyan sərgidə sənaye, kənd təsərrüfatı, qida, İKT, təhsil, inşaat, logistika, tekstil və digər sahələrdə fəaliyyət göstərən 200-ə yaxın şirkətin məhsulları nümayiş olunur.

Marsol-un rəhbəri sərgi-konfrans ərzində təşkil olunacaq panel konfranslara da toxunaraq "Sərgi-konfrans ərzində 5 panel -konfransın keçirilməsi nəzərdə tutulub. Bu kronfransların hər birində 400 şirkət ümumilikdə 5 panel-konfranda 2000 şirkət  rəhbərini qonaq edirik,"-deyə əlavə edib. 

Tural Mustafayev tədbirdə iştirak edən investorlar barədə də məlumat verərək  "Məqsədlərdən biri də yerli şirkətlkərin biznes münasibətlərinin daha da genişlənməsi və xarici bazarlara çıxışlarının asanlaşdırılmasıdır. Sərgi-Konfransa xarici ivestorlar da cəlb edilib. Ölkəmizdə fəaliyyət göstərən xarici ölkələrin ticarət palataları rəsmi şəkildə təmsil olunurlar.Təşkilatçı olaraq sərgi-konfransda 10 min nəfər  ziyarətçinin iştirakını hədəfləmişdik. Bu hədəfi dünən keçməyə nail olduq,"-deyə fikirlərini tamamlayıb. 

Müəllif: Aynur Qəniyeva