BİZNES

31 May

Emin Əmrullayev: Təhsil kifayət qədar investisiya tələb edən sahədir

Təhsil kifayət qədar investisiya tələb edən sahədir müəyyən qədər zaman alır.

“ Fins.az” xəbər verir ki, bunu Təhsil Naziri Emin Əmrullayev Özəl Təhsil Müəssisələri Assosiasiyasının təsis olunması ilə bağlı tədbirdə çıxış edərkən.

O bildirib ki, Azərbaycanda təhsil biznesinin qısa müddətdə mənfəətli olmaması biznes prosesinin təklif hissəsinin kifayət qədər yüksək olmamasıdır.

Emin Əmrullayev ölkəmizdə valideynlərin təhsil üçün müəyyən məbləğ ödəmə həvəsi barədə də açıqlama verərək “Ödəmə həvəsini tələb müəyyən edir.Azərbaycanda təhsildən gözlənti konkret nəticələrə əsaslanan gözləntidir.Məsələn məktəbi bitirib universitetə daxil olmaq”-deyə qeyd edib.

Müəllif: Aynur Qəniyeva