BİZNES

31 May

Azərbaycan Özəl Təhsil Müəssisələrinin Assosiasiyası yaradılıb

Azərbaycan Özəl Təhsil Müəssisələrinin Assosiasiyası yaradılıb.

"Fins.az" xəbər verir ki, yeni təşkilat  ölkənin təhsil sektorunda özəl təhsilin inkişafına dəstək verilməsinə, özəl təhsil qurumlarının fikir və təkliflərini yekunlaşdırıb Assosiasiya şəklində eskalasiya edilməsinə hədəflənib.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi yanında İctimai Şuranın sədri Fərhad Qaraşovun sözlərinə görə, Azərbaycanda kurslar, məktəbə qədər təhsil, orta özəl məktəblər və özəl ali təhsil alacaqları bu Assosiasiyaya üzv ola bilərlər. 

"Azərbaycanda özəl təhsilin inkişaf perspektivləri, xarici təcrübələrin öyrənilməsi və vahid Assosiasiya altında onların fəaliyyətinin daha da təkmilləşdirilməsi təmin oluna bilər",- deyə Fərhad Qaraşov əlavə edib.

Qeyd edək ki, Assosiasiya İdərə Heyyətnin sədri vəzifəsinə Heydər Eminli təyin olunub.

Müəllif: Aynur Qəniyeva