BİZNES

25 May

Mustafa Abbasbəyli: Özəl sektorun dövlətə sərf etdiyi vaxtı 1 saata endirmək istəyirik

Bu gün il ərzində özəl sektor dövlətə 40 saat sərf edirsə biz bunu nəinki,30 saata 1 saata endirmək istəyirik və endirəcəyik. 

"Fins.az" xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Mustafa Abbasbəyli deyib. 

O bildirib ki,bir çox dövlətlərdə özəl sektorun dövlətə sərf etdiyi vaxt müəyyən olunur. Məsələn özəl sektor il ərzində 75 saat vergiyə ,35 saat başqa quruma, 40 saat başqa bir orqana sərf edir. Dövlətin məqsədi bu saatları azaltmaqdır."Əmək və Məşğulluq” altsisteminin (ƏMAS) yaradılmasında ən böyük məqsəd  bizim istiqamətdə olan dövlətin sahibkardan aldığı vaxtı azaltmaqdır.

Mustafa Abbasbəyli ilin sonuna kimi ƏMAS sistemində nəzərdə tutulan əsas dəyişiklik barədə də məlumat verərək "Bu gün il ərzində özəl sektor dövlətə 40 saat sərf edirsə biz bunu nəinki,30 saata 1 saata endirmək istəyirik və endirəcəyik,"-deyə əlavə edib. 

Müəllif: Aynur Qəniyeva