BİZNES

23 May

Mikayıl Cabbarovdan Davos Dünya İqtisadi Forumu barədə açıqlama

Davos Dünya İqtisadi Forumunun (World Economic Forum) “Strateji baxış: Avrasiya” mövzusunda panel iclasında qlobal əməkdaşlıq mühiti çərçivəsində yeni çağırışlar, dayanıqlı iqtisadi fəaliyyət, enerji resurslarından səmərəli istifadə və rəqəmsal həllərin tətbiqinin əhəmiyyəti barədə danışdıq.

"Fins.az" xəbər verir ki, bunu İqtisadiyyat naziri Mikayıl Cabbarov rəsmi tvitter hesabında yazıb. 

O bildirib ki, Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsi, yaşıl iqtisadi artım, dayanıqlı infrastruktura investisiyaların təşviqi və qeyri neftsektorunun inkişafı barədə müzakirə apardıq.