BİZNES

23 May

“Partners & Business” layihəsi çərçivəsində  IV-cü “Boulinq” çempionatı keçirilib

20 may MARSOL-un təşkilatçılığı ilə “Partners Business” layihəsi çərçivəsində  sosial fəaliyyətlərimizə daxil olan IV-cü “Boulinq” çempionatı keçirilib. Çempionat Park Bulvarda yerləşən “Sports Cafe”də baş tutub.

Partnyorlarımızın aktiv istirahət, xoş zaman keçirməsinə istiqamətlənmiş və hərkəsin sevimli oyununa çevrilmiş boulinq öz sirləri və heç də sadə olmayan mexanizmləri ilə bütün oyunçulara əyləncə dolu anlar yaşadıb.
Yarışın nəticələrinə əsasən finalda ən yüksək nəticəni əldə edən şəxs “EnvixPrint” şirkətinin rəhbəri Bahadur bəy oldu. Əvvəldən qeyd etdiyimiz kimi 135 xal üstünlüyü ilə qalib gələn Bahadur bəy kubok və sertifikatla mükafatlandırılıb.
Oyundan sonra sahibkarlar çay süfrəsi masasında ətrafında bir araya toplanıb və oyunla bağlı təəssüratlarını bölüşüblər. Bununla yanaşı “Partners Business” Baku 2022 Yerli Şirkətlərin Tanıtım Sərgisi haqqında məlumat verilib və sərgi dəvətnamələri qonaqlara təqdim edilib.
Sonda isə “Sports Cafe”nin sahibi Uğur bəy məkanda gösətirlən fəaliyyətlərdən bəhs edib və Marsol partnyorlarına edilən xüsusi endirimlər haqında məlumat verilib.