BİZNES

20 May

ATİB İdarə Heyəti seçilib

18 may 2022-ci ildə Türkiyə Respublikasının Kənd Təsərrüfatı və Meşəçilik naziri cənab Prof. Dr. Vahit KİRİŞCİ`nin himayəçiliyi ilə Azərbaycan Türkiyə İş Adamları Birliyinin (ATİB) Ümumi Yığıncağının növbəti iclası keçirilib.

Prosedura uyğun olaraq Ümumi Yığıncağın iştirakçıları tərəfindən iclasın sədri və katiblər seçildi, həmçinin iclasın gündəliyi təsdiq edildi. İclasın sədri Rəşad Rəsullu, katiblər isə İdarə heyətinin üzvü Gürsu Başkan və ATİB-in mətbuat katibi Gülnar Şirinova seçildi.

Gündəliyə uyğun olaraq ATİB İdarə Heyəti sədrinin müavini Mürsəl Rüstəmov İdarə Heyətinin 2020 və 2021-ci il üzrə hesabatını iclas iştirakçılarına təqdim etdi.

İllik hesabat Ümumi Yığıncaq iştirakçıları tərəfindən yekdilliklə qəbul edildi. Bundan sonra İdarə Heyətinin tərkibinin tam şəkildə formalaşdırılması üçün İdarə Heyətinə yeni üzvlər seçilməsi məsələsinə baxıldı.

Ümumi Yığıncaq iştirakçıları idarə heyətinə nazmizədlər üçün təkliflər irəli sürdülər. Bununla da ATİB İdarə Heyəti növbəti üç il üçün fəaliyyətini aşağıdakı tərkibdə davam etdirəcəkdir:

 1. Cemal Yangın (İstanbul Çarşı Import Export Ltd)- İdarə Heyətinin sədri

2. Dr. Selçuk Demir (Ziraatbank Azərbaycan ASC)-İdarə Heyətinin üzvü

3. Azər Hətəmov (Anadolu Universiteti Azərbaycan Proqramlarl) - İdarə Heyətinin üzvü

4. Mürsəl Rüstəmov (Pozitiv Konsaltinq MMC) - İdarə Heyətinin üzvü

5. Rəna Məmmədova (Azərbaycan Koka Kola Bottlers Ltd. MMC) – İdarə Heyətinin üzvü

6. Kaya Karslı (İstanbul Reklam Market MMC) - İdarə Heyətinin üzvü

7. Tahsin Gündem (Nareks MMC) - İdarə Heyətinin üzvü

8. Barış Altıparmak (Kolin İnşaat) - İdarə Heyətinin üzvü

9. Gürsu Başkan (Schneider Electric Middle East Projects) - İdarə Heyətinin üzvü

10. Sürəyya Verdiyeva (TAC MMC) - İdarə Heyətinin üzvü

11. Rafiq Qarayev (RR Group of Companies MMC) - İdarə Heyətinin üzvü

İclasda Təftiş Komissiyasının yeni tərkibi də formalaşdırılıb. Komissiyanın sədri “KPMG Azerbaijan Limited” şirkətinin nümayəndəliyinin rəhbəri Murat Karakaş, üzvləri isə “Zenit Tour” şirkətinin rəhbəri Nəzər Eminov və “Güven Tour” şirkətinin rəhbəri Fatih Güven seçildilər.

Daha sonra R.Rəsullu İdarə Heyəti tərəfindən hazırlanmış ATİB-in 2022-ci il üçün büdcəsini və ştat cədvəlini təqdim etdi və sənədlər icklas iştirakçıları tərəfindən təsdiqləndi.

Seçkidən sonra Türkiyə Respublikasının Kənd Təsərrüfatı və Meşəçilik naziri Prof. Dr. Vahit KİRİŞCİ çıxış edərək ATİB-in daim onun diqqət mərkəzində olduğunu və hər zaman dəstək olacağını bildirdi.

Bundan başqa tədbirdə Türkiyənin Azərbaycandakı səfiri Doç.Dr. Cahit Bağcı, Azərbaycan Respublikasının İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin rəhbəri, professor Vüsal Qasımlı, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının Prezidenti Məmməd Musayev çıxış edərək ATİB-lə əməkdaşlıq əlaqələrinin önəmindən bəhs etdilər.