Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) İdarə Heyətinə keçirilən seçkidə narazılıq yaranıb.
"Fins.az" xəbər verir ki, bəzi şirkətlər onlara 1, digərləri 3 mandat verilməsinə etiraz edib.
Məsələ iclasda səs verməyə çıxarılıb və təşkilat komitəsinin əvvəlki qərarı səs çoxluğu ilə qəbul edilib. "Uniprice" qiymətləndirmə şirkətinin rəhbəri Ramil Qasımzadə qərarla razılaşmayaraq iclası tərk edib.
(c)APA