“Təmiz Şəhər” ASC-nin təşkilatçılığı, Sosial Xidmətlər Agentliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, “Azərxalça”ASC, Azərbaycan Yaradıcı Sənayelər Federasiyası və Azərbaycan Jurnalistlər Şəbəkəsi İctimai Birliyinin dəstəyi ilə baş tutacaq növbəti ATMA-YARAT-SAT sosial layihəsi əlilliyi olan insanların cəmiyyətə inteqrasiyasına xidmət edəcək.
"Fins.az" xəbər verir ki, 21 may 2022-ci il tarixində saat 11:00-da “İçərişəhər” Tarix-Memarlıq Qoruğu ərazisində (Qoşa Qala qapısı) keçiriləcək layihə çərçivəsində iştirakçıların müxtəlif əl işləri nümayiş olunacaq və satışı təşkil ediləcək. Əldə olunacaq vəsait onların sosial vəziyyətinin yaxşılaşdırılmasına və iş imkanlarının genişləndirilməsinə şərait yaradacaq. Bir sıra dövlət qurumlarının və təşkilatların dəstək verdiyi ATMA-YARAT-SAT sosial layihəsinin ənənəvi olaraq davam etdirilməsi nəzərdə tutulur.