2022-ci ilin ilk 4 ayında (yanvar-aprel) Azərbaycanın xarici ticarət əməliyyatlarının həcmi 15 milyard 863 milyon 905 min ABŞ dolları təşkil edib.
"Fins.az" xəbər verir bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayımlayıb.
Məlumata görə, ixrac əməliyyatları üzrə 11 milyard 823 milyon 377 min ABŞ dolları, idxal əməliyyatları üzrə 4 milyard 40 milyon 528 min ABŞ dolları ticarət qeydə alınıb.
Saldo müsbət 7 milyard 782 milyon 849 min ABŞ dolları olub.
İlk 4 aydakı 11 milyard 823 milyon 377 min dollarlıq ixracın 91,83%-i və ya 10 milyard 857 milyon 881. min dolları neft-qaz sektoruna daxil olan mallar üzrə olub.
2022-ci ilin yanvar-aprel dövründə Azərbaycandan ixrac edilmiş xam neftin dəyəri 6 milyard 544 milyon 674 min dollar, təbii qazın dəyəri isə 4 milyard 178 milyon 230 min dollar təşkil edib.
Xatırladaq ki, 2021-ci ilin ilk 4 ayında (yanvar-aprel) Azərbaycanın xarici ticarət əməliyyatlarının həcmi 9 milyard 893 milyon 247 min ABŞ dolları, o cümldən, ixrac 6 milyard 364 milyon 338 min ABŞ dolları, idxal 3 milyard 528 milyon 909 min ABŞ dolları təşkil etmişdi. Saldo müsbət 2 milyard 835 milyon 429 min dollar olmuşdu.