BİZNES

18 May

Əkbər Abbasov: Bu biznes-forum İsrail şirkətlərinin Azərbaycanda öz investisiyaları ilə təmsil olunmaları üçün çox önəmlidir

İsrail tərəfindən 50 -yə qədər şirkət iştirak edir.Burada Kənd Təsərrüfatının müxtəlif sahələri üzrə suvarma texnologiyaları , quşçuluq, heyndarlıq,kkinçilik,toxumçuluq və bir çox sahələr üzrə ən son yenilikləri paylaşmağa hazır olan İsrail şirkətləri var.

"Fins.az"xəbər verir ki, bunu Aqrar İnnovasiyalar Mərkəzinin direktoru Əkbər Abbasov jurnalistlərə açıqlamasında deyib. 

O bildirib ki,İsrail şirkətlərinin nümayəndələrinə Azərbaycandakı investisiya mühiti ilə bağlı məlumat verildi Bu həm bizə layihələrin həyata keçirilməsi həm də həmin şirkətlərin Azərbaycanda öz investisiyaları ilə təmsil olunmaları üçün çox önəmlidir.

Əkbər Abbasov eyni zamanda hər iki ölkənin biznes subyektləri arasında razılaşmalar və onların ölkəmizə iqtisadi təsirləri barədə açıqlama verərək "Burada hər iki ölkədən olan biznes subyektləri arasında ikitərəfli razılaşmaların əldə olunacağına və ən son texnologiyaların, ən son elmi araşdırmaların nəticələrinin Azərbaycan kənd təsərrüfatına tətbiq olunacağına həmçinin ölkədə bu sahədə İsrail şirkətlərinin investisiyalarının olacağına ümid edirik,"-deyə əlavə edib.

O İsrailə Azərbaycandan kənd təsərrüfatı məhsullarının ixracı barədə açıqlama verərək "Meyvə tərəvəz və bu kimi məhsulların ixracı ilə bağlı Azərbaycanda məhdudiyyət nəzərdə tutulmayıb.Xüsusiylə ərzaq təhlükəsizliyinə heç bir təhlükə yaratmırsa.Həmin məhsulların İsrail və bu kimi ölkədə ixracı ilə bağlı bir prosedurda problem görünmür. Biznes vahidləri öz biznes maraqları çərçivəsində bu ixracı həyata keçirməkdə sərbəstdirlər,"-deyə əlavə edib.

Müəllif:Aynur Qəniyeva