Ağdam Sənaye Parkında rezidentlik statusu alan müəssisələr yaxın vaxtlarda istehsal müəssisələrin inşasına başlayacaqlar.
Bunu "Fins.az"-a İqtisadi Zonaların İnkişafı Agentliyinin sədri Elşad Nuriyev deyib .
Onun sözlərinə görə, parkda
artıq mobilizasiya işləri bitib. Yaxın iki həftəyə İqtisadi Zonaların İnkişafı Agentliyi infrastruktur işlərinə başlayacaq. Bu işlərlə paralel olaraq iki həftədən sonra şirkətlər də müəssisələrin tikintisinə başlayacaqlar .