Ənənələrinə sadiq qalaraq, "Netwoking Azerbaijan" hər ay tədbirlər keçirməyə və ölkənin işgüzar cəmiyyətini bir araya yığmağa nail olub və 12 may tarixində növbəti tədbir baş tutub . Bu dəfə tədbir "Crazyy Chameleon" restoranında qeyri-rəsmi formatda keçirilib.
Tədbirdə müxtəlif sahələrdə fəaliyyət göstərən sahibkarlar iştirak ediblər. Hər zaman olduğu kimi, tədbirin əsas məqsədi sahibkarlar arasında işgüzar əlaqələrin qurulması və genişləndirilməsindən ibarət olub.
Sahibkarlar bir ay fasilədən sonra nəhayət bir yerə toplaşa və dünyanın işgüzar aləmindəki son tendensiyaları canlı müzakirə etməyə, fikir və təcrübələrini bölüşməyə müvəffəq olublar.
50 nəfərin iştirak etdiyi gecədə biznes klubunun təsisçisi Orxan Hacıyev qonaqları giriş sözü ilə salamlayıb və tədbir boyu aktiv olmağa çağırıb. İştirakçılar bir-biri ilə sərbəst ünsiyyət qura və tədbirin yaratdığı imkanlardan faydalana biliblər. Qonaqlar arasında müxtəlif yarışmalar
keçirilib, sonda isə ən fəal qonaqlara "Agromix" və "Crazy Group" tərəfindən müxtəlif hədiyyələr təqdim olunub.
"Networking Azerbaijan" biznes klubu, bütün tədbirlərində olduğu kimi, bu gecə də rahat ab-havada iştirakçılarının yüksək əhval-ruhiyyəsini təmin edib.
Qeyd edək ki, "Networking Azerbaijan" biznes klubu şirkət rəhbərləri, holdinqlərin aparıcı nümayəndələri və dövlət nümayəndələri arasında biznes əlaqələrinin qurulması üçün tədbir keçirən təşkilatdır.
"Networking" – həyatda mürəkkəb vəzifələri və biznes məsələlərini dost və tanışlar vasitəsilə maksimal olaraq tez və səmərəli həll etməyə yönələn sosial və peşəkar fəaliyyətdir. "Networking"in əsasını insanlarla inam və etibara əsaslanan uzunmüddətli münasibətlərin, yeni tanışlıqların, müxtəlif işgüzar insanlarla biznes əlaqələrinin qurulması və inkişafı təşkil edir. Bu klub sizə peşəkar əlaqələrlə yanaşı, bir çox insanların dostluğunu da qazandırmağa kömək edə, gələcəkdə potensial partnyor və ya müştəriləriniz olacaq digər işgüzar insanlarla tanış etməkdə yardımçı ola bilər.










