İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti duz bazarında araşdırmalar aparır.
"Fins.az" xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti məlumat yayımlayıb.
Məlumata görə araşdırma zamanı “Azərbaycan Duz İstehsalat Birliyi” ASC və “SunFood” MMC tərəfindən antiinhisar qanunvericiyilinin pozulması əlamətləri aşkar olunaraq həmin təsərrüfat subyektləri barədə iş qaldırılıb.
Qeyd edək ki, “Azərbaycan Duz İstehsalat Birliyi” ASC və “SunFood” MMC "Azərsun Holdinq"ə daxil olan şirkətlərdir.
Xatırladaq ki, qanun pozuntusu halları ilə rastlaşan sahibkarlar 195-1 Çağrı Mərkəzi, elektron poçt ([email protected]) və digər vasitələrlə Dövlət Xidmətinə müraciət edə bilərlər.
Abşeron yarımadasında yerləşən "Azərbaycan Duz İstehsat Birliyi" kimi fəaliyyət göstərən Masazır duz zavodu 2010 ildə istifadəyə verilmişdir. Xammalı Masazır gölündən təmin olunan zavod ölkə və regionu yodlaşdırılmış duz ilə tam təmin etmək imkanına malikdir. Müəssisənin illik istehsal gücü 35 000 tondur.