BİZNES

11 May

Türkiyənin Almaniyaya ixracı rekord səviyyəyə çatdı

Türkiyənin aprel ayında Almaniyaya aylıq ixracı rekord səviyyəyə - 1 milyard 832 milyon dollara çatıb.

​Türkiyənin ötən ay Almaniyaya ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 20,8% artıb. Belə ki, Almaniyaya ixracın ölkənin ümumi ixracında payı 7,8% olub.

Əlavə edək ki, bu dövrdə ixrac ABŞ-a 1.5 milyard dollar, Böyük Britaniya 1.1 milyard dollar dəyərində olub.

 © TRT Haber