BİZNES

14 Aprel

Dövlət əmlakının özəlləşdirilməsindən və icarəsindən büdcəyə nə qədər vəsait köçürülüb?

Bu ilin ilk rübü ərzində dövlət əmlakının özəlləşdirilməsindən və icarəsindən büdcəyə ümumilikdə 15,2 milyon manata yaxın vəsait daxil olub 

"Fins.az"xəbər verir ki, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən bu ilin 3 ayı ərzində 19 hərrac keçirilib.

Məlumata görə, hərraclarda 10 səhmdar cəmiyyətinin səhm paketi, 6 kiçik dövlət müəssisəsi, 174 nəqliyyat vasitəsi özəlləşdirilib.