BİZNES

05 Aprel

Azərbaycan və İsrail arasında investisiyaların cəlb edilməsi müzakirə olunub

Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov ölkədə səfərdə olan İsrailin turizm naziri, Azərbaycan-İsrail Birgə komissiyasının həmsədri, həmkarım Yoel Razvozovla görüşüb.
“Fins.az” xəbər verir ki, nazir bu barədə “Twitter“ hesabında yazıb.
O bildirib ki, görüşdə ölkələr arasında iqtisadi münasibətlərin cari vəziyyəti, investisiyaların cəlb edilməsi üzrə görülən işlər, ticarət və turizm sahəsində əməkdaşlıq barədə fikir mübadiləsi aparılıb.