BİZNES

21 Sentyabr

Uber Bakıda kuryer xidməti də göstərməyə başladı

"Uber" beynəlxalq texnologiya şirkəti Bakıda çatdırılma xidmətini (“Delivery”) istifadəyə verib.

Fins.az xəbər verir ki, xidmət üçün nağd və ya tətbiqə bağlı bir kartla ödəniş mümkündür. Kuryer xidmətinin minimum qiyməti 2 manatdır.

"Uber"in Azərbaycandakı nümayəndəsi Müşviq Həsənov bildirib ki, yeni xidmət ilə əşyaları və ya sənədləri qohumlara, iş ortaqlarına və ya müştərilərə göndərə bilərsiniz. 

Bir şeyi göndərmək üçün istifadəçi əvvəlcə onları qablaşdırmalı, avtomobilə aparmalı və kuryerə təhvil verməlidir. Paketin 20 kiloqramdan ağır olmaması vacibdir. Yeni xidmət qapıdan qapıya seçim imkanı da təqdim edir, bunun üçün əlavə 2 manat ödəniş edilməlidir.