BİZNES

21 Sentyabr

Bu hesabatın formasına və onun tərtibinə dəyişiklik edilib

“Dövlət Rüsumu haqqında” Azərbaycan Respublikası Qanununda edilmiş dəyişikliyə əsasən, özəl məhkəmə eksperti qismində fəaliyyət göstərmək üçün şəhadətnamənin verilməsi dövlət rüsumu tutulan hallara aid edilib.

Fins.az xəbər verir ki,bununla bağlı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin müvafiq əmri ilə təsdiq edilmiş “Dövlət rüsumunun tutulması haqqında hesabat”ın forması və onun tərtib edilməsi Qaydası yeni redaksiyada təsdiq edilib.

Hesabatın yeni forması və onun tərtib edilməsi qaydası ilə Dövlət Vergi Xidmətinin rəsmi saytının (www.taxes.gov.az) “Bəyannamə” bölməsində tanış olmaq mümkündür