BİZNES

21 Sentyabr

DGK yanında İctimai Şuraya seçkilər keçirilir

Bu gün Dövlət Gomrük Komitəsi yanında İctimai Şuraya seçkilərə start verilib.

Fins.az Komitəyə istinadən xəbər verir ki, seçkilərdə 23 namizəd mübarizə aparır. Şuraya 13 nəfər üzv seçiləcək.

Komitə sədrinin sərəncamı ilə seçkilərin təşkil edilməsi üçün komissiya yaradılıb. Komissiyanın 17 iyul 2021-ci tarixli qərarı ilə 27 iyuldan 23 avqusta qədər Şura üzvlüyünə namizədlər qeydiyyata alınıb. Bunlar vətəndaş cəmiyyəti institutu nümayəndələridir. Qeydiyyat prosesi yekunlaşdıqdan sonra 2 sentyabrdan 11 sentyabra qədər vətəndaş cəmiyyəti institutlarının bərabər sayda təmsilçilərindən ibarət birgə yığıncaqda səsvermədə iştirak edəcək seçicilərin qeydiyyatı aparılıb. Vətəndaş cəmiyyəti institutlarının 277 nəfər nümayəndəsinin üzvlərin seçilməsi məqsədilə keçirilən şeçkilərdə iştirakı qeydə alınıb.