BİZNES

20 Sentyabr

Azərbaycan məhsulları beynəlxalq sərgidə

Sentyabrın 21-24-də Rusiyanın Moskva şəhərində “Worldfood Moscow” Beynəlxalq Ərzaq Sərgisi keçiriləcək.

Fins.az xəbər verir ki,sərgidə Azərbaycanın 20-dən çox şirkətinin istehsal etdiyi meyvə şirələri, müxtəlif növ şərablar, təbii mineral sular, çay, süd məhsulları, fındıq, meyvə-tərəvəz, konservləşdirilmiş məhsullar, qənnadı məmulatları və s. vahid ölkə stendi ilə nümayiş etdiriləcək. Həmçinin, sərgidə ölkəmizin mədəniyyəti və mətbəxi, turizm, biznes və investisiya imkanları təbliğ olunacaq.

Qeyd edək ki, Azərbaycan bu il artıq 5-ci dəfə “WorldFood 2021” sərgisində vahid ölkə stendi ilə təmsil olunacaq.

Müəllif: Aynur Qəniyeva