BİZNES

16 Sentyabr

Yeni qərar çörəyin qiymətinə təsir edəcək?-MİLLƏT VƏKİLİNDƏN AÇIQLAMA

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili “Ərzaqlıq buğdanın idxal qiymətinin artmasının ölkə daxilində satılan un və un məmulatlarının qiymətinə mənfi təsirlərinin azaldılması ilə bağlı əlavə tədbirlər barədə” qərarını şərh edib. 

O bildirib ki, Azərbaycan buğdaya olan tələbatının təxminən 60%-ə qədərini təmin edə bilir 40%-ə yaxın həcmi isə xarici ölkələrdən idxal edir. Buğdanı idxal etdiyimiz zaman həm də xarici bazarlardakı qiymət artımını da idxal edirik. Ölkədəki infilyasiyanın səbəblərindən biri də xaricdən idxal nəticəsində yaranan inflyasiyadır.Azərbaycanda çörəyin qiyməti dəyişməsinin qarşısını almaq üçün  Nazirlər Kabineti 2021-ci ilin fevral ayında xaricdən idxal olunan buğdaya xarici bazarda qiymətin artımı qədər subsidiya verilməsi ilə bağlı qərar vermişdi ki, sahibkarlar qiymət artımına çalışmasınlar. Ona görə bu gün “Ərzaqlıq buğdanın idxal qiymətinin artmasının ölkə daxilində satılan un və un məmulatlarının qiymətinə mənfi təsirlərinin azaldılması ilə bağlı əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 16 fevral tarixli qərarında dəyişiklik etməsi daxili bazarda çörəyin qiymətinin artmasının qarşını almaq üçün sahibkarların qarşılaşdığı zərərin qarşılanması yönünüdə atılan addımlardan biridir. Bu addım 2021-ci ilin birinci və ikinci rübü ərzində çörəyin qiymətinin sabit qalmasına səbəb olub. Bunu nəzərə alaraq hesab edirəm ki, indiki qərar da effektiv olacaq. 

Tahir Mirkişili  benzinin qiymətinin artırılmasından  sonra iki çörək zavodu tərəfindən çörəyin qiymətinin qaldırılmasına və çörəyin qiymətin benzinin qiymətinin təsir edib -etməməsinə də toxunaraq bildirib ki, Hesab edirəm ki, benzinin qiymətinin qalxmasından sonra iki çörək zavodu tərəfindən qiymət artımı ilə verilən qərar daha çox psixoloji faktordan irəli gəlib. Ona görə ki, buğda məhsullarının daşınmasında çörəyin istehsalında bu infrastrukturun fəaliyyətində 95-98 markalı benzinin iştirak ertməsinə mən inanmıram.Bizim bütövlükdə benzin istehlakımızda  “Aİ-95” premium markalı və “Aİ-98” super markalı  benzin cəmi 5% yaxud da bir qədər azdır. Daha böyük  Aİ-92 markalı benzin və dizel daha çox istifadə olunur ki, bu maraka benzinlərin qiyməti dövlət tərəfindən tənzimlənir. Ona görə də iki çörək zavodu tərəfindən edilən bu qiymət artımına səbəb onalar daha çox psixoloji cəhətdən  düşünürdülər ki, qiymət bütövlükdə hər yerdə artacaq.Ona görə də çörəyin qiymətinin artırılması qərarı verdilər."deyə qeyd edib. 

Müəllif:Aynur Qəniyeva