BİZNES

13 Sentyabr

Kompyuterlərə casus proqramlarının hücumları 33,8% artıb 

Kaspersky ICS CERT-in yeni hesabatına görə 2021-ci ilin birinci yarısında zərərli obyektlərin bloklandığı texnoloji proseslərin avtomatik idarəolunması sistemləri (TP AİS) kompüterlərinin payı dünya üzrə 33,8% olub.

Fins.az xəbər verir ki, artımın böyük hissəsi casus proqramları və zərərli skriptlərdən istifadə edilən hücumların payına düşür. Bu cür təhdidlərin payı ardıcıl olaraq ilin ikinci yarısında da artmaqdadır.

Məlumata görə, sənaye müəssisələrinə hücumlar yalnız məlumatların itirilməsi, birbaşa maliyyə ziyanı və ya istehsalın dayandırılması ilə nəticələnmir, həm də insanların sağlamlığı üçün təhlükə törədir. AİS kompüterlərində bloklanan müxtəlif zərərli proqramların sayının yüksəlməsi, kiber cinayətkarların onlara olan marağının artdığını və buna görə də etibarlı müdafiəyə ehtiyac olduğunu göstərir.

Müəllif:Aynur Qəniyeva