BİZNES

24 Avqust

Bakıda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 5%-dən çox ARTIB

Bu ilin yanvar-iyul aylarında Bakıda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 5,3% artaraq 2426,0 mln. manat olub.

Fins.az  Bakı Şəhər Statistika İdarəsinin yayımladığı məlumata istinadən verdiyi məlumata görə, hüquqi şəxslər tərəfindən əhaliyə 2035,0 mln. manatlıq xidmət göstərilib ki, bu da xidmətlərin ümumi dəyərinin 83,9%-ni təşkil edib.