BİZNES

24 Avqust

Paytaxtın ticarət dövriyyəsi ARTIB-MƏBLƏĞ 

2021-ci ilin yanvar-iyul aylarında Bakının ticarət dövriyyəsinin həcmi 2020-ci ilin yanvar-iyul ayları ilə müqayisədə 3,6% artaraq 12726,8 milyon manat olub.

Fins.az xəbər verir ki, bu barədə Bakı Şəhər Statistika idarəsi məlumat yayımlayıb

Məlumata görə,ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 6,9% artaraq 6385,8 milyon manata, qeyri-ərzaq məhsullarının həcmi isə 0,5% artaraq 6341,0 milyon manata bərabər olub. 

Bildirilib ki,istehlak məhsullarının 36,8%-i hüquqi şəxs statuslu müəssisələrdə, 41,6 faizi fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 21,6%-i isə paytaxtın məhsul bazarlarında satılıb. 

Müəllif:Aynur Qəniyeva