BİZNES

23 Avqust

Azərbaycan tütün idxalına çəkdiyi xərci 22 %-dən çox artırıb

Bu ilin yanvar-iyul aylarında Azərbaycan 56,577 milyon ABŞ dolları dəyərində tütün və tütünün sənaye əvəzediciləri idxal edib.

Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 10,523 milyon ABŞ dolları (22,8 %) çoxdur.

Yeddi ay ərzində Azərbaycanın tütün və tütünün sənaye əvəzediciləri ixracının dəyəri isə 4,511 milyon ABŞ dolları olub ki, bu da 1 il əvvələ nisbətən 3,057 milyon ABŞ dolları (40,4 %) azdır.

Hesabat dövründə tütün və tütünün sənaye əvəzediciləri üzrə idxal Azərbaycanın ümumi idxalının 0,9 %-ni, ixrac isə ümumi ixracın 0,04 %-ni təşkil edib.