BİZNES

04 Avqust

Paytaxtın ticarət dövriyyəsi 3% artıb -MƏBLƏĞ

2021-ci ilin yanvar-iyun aylarında ticarət dövriyyəsinin həcmi 2020-ci ilin yanvar-iyun ayları ilə müqayisədə 3,0% artaraq 11007,3 milyon manat olub.

Fins.az xəbər verir ki, bu barədə Bakı Şəhər Statistika İdarəsi məlumat yayımlayıb.

Məlumata görə, ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 5,6 % artaraq 5710,4 milyon manata, qeyri-ərzaq məhsullarının həcmi isə 0,4% artaraq 5296,9 milyon manata bərabər olub.

Həmçinin bildirilir ki,istehlak məhsullarının 35,9 %-i hüquqi şəxs statuslu müəssisələrdə, 42,5 %-i fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 21,6 %-i isə paytaxtın məhsul bazarlarında satılıb. 

Müəllif:Aynur Qəniyeva