BİZNES

02 Avqust

Yalnız 1 gün Kobmarket.az portalında məhsullara böyük endirim olacaq - TARİX

Sahibkarların, xüsusilə də mikro və kiçik biznes subyektlərinin məhsullarının daha geniş auditoriyaya tanıdılması və satışının artırılması, eləcə də alıcıların alış-veriş imkanlarının genişləndirilməsi məqsədilə www.kobmarket.az portalında yerləşdirilmiş məhsullara endirim tətbiq olunacaq.  

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin yaydığı məlumata görə, Avqustun 6-da www.kobmarket.az portalından alış-veriş edən hər kəs 50%-ə qədər endirimli satışdan yararlana biləcək. Endirim kampaniyası çərçivəsində Bakı şəhəri üzrə bütün sifarişlər pulsuz çatdırılacaqdır. 

Qeyd edək ki, sahibkarların onlayn satış imkanlarının genişləndirilməsi məqsədilə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi ilə yaradılmış www.kobmarket.az ticarət platformasında hazırda 50-dən çox onlayn mağaza fəaliyyət göstərir və 700-dən çox adda məhsul yerləşdirilib. Növbəti mərhələdə portala məhsullarla yanaşı, müxtəlif xidmətlərin yerləşdirilməsi də nəzərdə tutulur.