BİZNES

30 İyul

"Bir Pəncərə” vasitəsi ilə həyata keçirilən qeyri-neft ixracının dəyəri AÇIQLANIB

 2021-ci ilin iyul ayında “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi vasitəsi ilə həyata keçirilən qeyri-neft ixracının dəyəri 20 milyon ABŞ dolları olub.

Fins.az xəbər verir ki, bu barədə  İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”da məlumat verilib .

Məlumata görə, 2017-ci ildən 2021-ci ilin iyul ayına qədər “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi vasitəsilə ixrac edilən mal və məhsulların dəyəri 595 milyon ABŞ dolları təşkil edib.