BİZNES

30 İyul

Azexport.az portalına nə qədər ixrac sifarişi daxil olub- MƏBLƏĞ 

2021-ci ilin yanvar-iyun aylarında Azexport.az portalına 236,6 mln. ABŞ dolları dəyərində ixrac sifarişləri daxil olub.

Fins.az xəbər verir ki, bu barədə  İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”da məlumat verilib.

Məlumata görə, 2021-ci ilin iyun ayında "Azexport.az" portalına daxil olan ixrac sifarişlərinin dəyəri isə 42,3 mln. ABŞ dolları təşkil edib.

2021-ci ilin iyun ayında Azexport.az portalına ən çox ixrac sifarişi toyuq əti, toyuq yumurtası, çay, pambıq, tütün, günəbaxan yağı və s. mallara daxil olub. Məlumat üçün qeyd edək ki, 2017-ci ilin yanvar ayından 2021-ci ilin 30 iyun tarixinə kimi (54 ay ərzində) Azexport.az portalına dünyanın 145 ölkəsindən daxil olan ixrac sifarişlərinin dəyəri 2,432 mlrd. ABŞ dolları təşkil edib.