BİZNES

30 İyul

Azərbaycanın qeyri-neft sektoru üzrə ixrac 27.1 % ARTIB 

İlin ilk 6 ayı ərzində Azərbaycanın ixracının dəyəri 8.8 milyard ABŞ dolları, qeyri-neft sektoru üzrə 1,2 milyard dollar təşkil edib.

Fins.az xəbər verir ki, bu barədə İxrac İcmalı-da məlumat verilib 

Məlumata görə, "Qeyri-neft sektoru üzrə ixrac 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 248 milyon dollar və ya 27.1 faiz artıb. Cari dövrdə ixracatın əsas hərəkətverici amili neft sektoru olsa da, bərpa dönəmində qeyri-neft ixracı üzrə pay 13.2 faizə qədər artıb.

Məlumarda həmçinin bildilir ki,Baxılan dövr ərzində adambaşına düşən qeyri-neft və qaz ixracında artım müşahidə edilib. Belə ki, qeyri-neft və qaz ixracı üzrə 2017-ci ilin ilk 6 ayı üzrə ildə 82 dollar, 2018-ci ildə 94 dollar, 2019-cu ildə 97 dollar olub. Pandemiya dönəmi ilə əlaqədar bu göstərici 91 dollara düşsə də, cari ilin ilk 6 ayında tarixdə ilk dəfə 116 dollar səviyyəsinə qalxıb.

Müəllif:Aynur Qəniyeva