BİZNES

27 İyul

Dövlət şirkəti balansında olan binanın tamamlanması üçün müsabiqə elan edib

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti “Dənizçi” MTK-nın balansında olan 1B nömrəli binanın daxili tamamlama işlərinin satın alınması məqsədilə müsabiqə elan edir.

Müsabiqədə iştirak etmək istəyən şəxslər www. asco.az səhifəsinə daxil olmaqla elanlar bölməsindən əlavə sənədləri və ətraflı məlumat əldə edə bilərlər.

Müraciət üçün son müddət 11 avqust 2021-ci il saat 17.00-dəkdir.

Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır. Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır. Ünvan- Bakı şəhəri, Neftçilər prospekti 2. Əlaqə telefonu- (012) 404-37-00, daxili: 1263.