BİZNES

23 İyul

"Pandemiyaya baxmayaraq Rusiya Azərbaycanın əsas ticarət tərəfdaşı olaraq qalıb"

Uzun müddət əsas yanacaq və enerji mənbəyi olan, lakin həddən artıq zərərli təsirlərinə görə ən az üstünlük verilən əmtəə - daş kömür bu ilin əvvəlindən rekord həddə - 80% bahalaşıb.

Fins.az xəbər verir ki, hazırda elektrik enerjisi istehsaında ən çox istifadə olunan Avstraliya kömürünün 1 tonu 146 dollardan satılır. Bu isə son 10 ilin ən yüksək göstəricisidir.

Ötən həftə əmtəə qiymətləri üzrə təhlilçi Argus şirkətinin məlumatlarına görə, Cənubi Afrikada istehsal olunan daş kömür də 44% bahalaşaraq, son 10 ildə ən yüksək qiymətə çatıb. Bununla da kömür bu ilin ən yaxşı nəticə əldə edən aktivinə çevrilib. Müqayisə üçün bildirək ki, sonrakı yerlərdə Brent nefti (44% artım), qlobal daşınmaz əmlak bazarı (28% artım) və texnoloji şirkətlərin səhmləri (25%) gəlir.

Qiymət artımının bu dərəcədə yüksək olmasının əsas səbəbləri Çində daş kömürə tələbatın sürətlə artması, həmçinin təbii qaz qiymətlərinin bahalaşmasına görə Avropa və Yaponiyada bir çox iri komunal xidmət şirkətlərinin kömürə keçməsidir.