BİZNES

17 İyul

Azərbaycanın xarici ticarətinin müsbət saldosu 27% artıb

2021-ci ilin yanvar-iyun aylarında Azərbaycanın xarici ticarətinin müsbət saldosu $3 milyard 419 milyon 933,15 min təşkil edib ki, bu da 2020-ci ilin analoji dövrünün göstəricisindən 26,8% çoxdur. Bu barədə "Fins.az"-a Dövlət Gömrük Komitəsindən (DGK) məlumat verilib.

Yanvar-iyun aylarında Azərbaycanın xarici ticarət dövriyyəsi $14 milyard 202 milyon 262,11 min (2020-ci ilin yanvar-iyun ayları ilə müqayisədə artım 12%) təşkil edib. Hesabat dövründə ixracın həcmi $8 milyard 811 milyon 97,63 min (artım 14,6%), idxalın həcmi $5 milyard 391 milyon 164,48 min (artım 8%) təşkil edib.

İxracın strukturunda əsas həcm (86,81%) neft-qaz sektoru məhsullarının payına düşüb.