BİZNES

17 İyul

Azərbaycan və Rusiya arasında ticarət dövriyyəsi artıb MƏBLƏĞ

2021-ci ilin yanvar-iyun aylarında Azərbaycan və Rusiya arasında ticarət dövriyyəsi $1 milyard 342 milyon 501,35 min təşkil edib ki, bu da 2020-ci ilin müvafiq dövrünün göstəricisindən 3,7% çoxdur.

Bu barədə "Fins.az"-a Dövlət Gömrük Komitəsindən (DGK) məlumat verilib.

2021-ci ilin 6 ayı ərzində Azərbaycanın bütün xarici ticarət dövriyyəsinin 9,45%-i Rusiya ilə ticarət əməliyyatlarının payına düşüb. RF Azərbaycanın üçüncü iri ticarət tərəfdaşıdır.

Hesabat dövründə Azərbaycan Rusiyaya $418 milyon 506,22 min dəyərində (artım 10%) məhsul ixrac edib. Bütövlükdə, Azərbaycandan ixracın 4,75%-i Rusiyanın payına düşüb. Rusiya Azərbaycandan ixracın həcminə görə 3-cü yerdədir.

Yanvar-iyun aylarında Rusiyadan Azərbaycana idxalın həcmi $923 milyon 995,13 min (artım 1,1%) təşkil edib. Azərbaycana idxalın ümumi həcmində 17,14% Rusiyadan idxalın payına düşüb. Rusiya Azərbaycanın ən çox məhsul idxal etdiyi ölkələr sırasında 1-ci yerdədir.

Beləliklə, bu dövrdə RF ilə idxal-ixrac münasibətlərində Azərbaycanın mənfi saldosu $505 milyon 488,91 min təşkil edib.